Azərbaycan Xalça Muzeyində “Xalça Günü”nə həsr olunmuş “Zamanın elçisi xalça” adlı bayram tədbiri keçiriləcək - FOTO

Azərbaycan Xalça Muzeyində  “Xalça Günü”nə həsr olunmuş “Zamanın elçisi xalça” adlı bayram tədbiri keçiriləcək - <span style="color: red;">FOTO
# 15 noyabr 2015 03:40 (UTC +04:00)

Bakı-APA. Noyabrın 16-da saat 16:00-da Azərbaycan Xalça Muzeyində “Xalça Günü”nə həsr olunmuş “Zamanın elçisi xalça” və görkəmli alim, xalçaçı rəssam Lətif Kərimovun anadan olmasının 109-cu ildönümü ilə əlaqədar “Bir ömrün naxışları” adlı bayram tədbir keçiriləcək.

Azərbaycan Xalça Muzeyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bayram tədbiri ilə əlaqədar Azərbaycan Xalça Muzeyində “açıq qapı” günü elan olunub.

Tədbir çərçivəsində muzeyin ekspozisiyasında “Tarix yazan xalçalar” adlı el sənətkarlarının toxuduğu xalçalardan, Lətif Kərimovun sənətindən bəhrələnən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin və Humanitar Kollecin məzunlarının əsərləri sərgilənəcək. Təşkil olunmuş “Dəyirmi masa”da xalçaçı- rəssamlarla tələbələr arasında açıq söhbət aparılacaq, eyni zamanda tələbələr uşaq və yeniyetmələrə bu sənətin incəliklərini ustad dərsləri ilə çatdıracaq. Tədbirin sonunda qonaqlara sevimli müğənnilərimizin və musiqiçilərimizin ifasında konsert proqramı təqdim olunacaq.

Xalça sənəti Azərbaycan dövlətinin, onun ali siyasi rəhbərliyinin daim diqqət mərkəzində olub. Dövlətimizin milli irsimizə qayğısının nəticəsində 7 dekabr 2004-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan xalça sənətinin qorunması və inkişafı etdirilməsi haqqında” Qanun qəbul edilmişdir. Bu qanuna əsasən Azərbaycanda ənənəvi xalça bayramı keçirilməsini nəzərə alınıb. Bayramın məqsədi xalça sənətinin milli irsimizin yaşadılması və gələcəyə çatdırılmasıdır.

Azərbaycan xalçası 2010-cu il 16 noyabr tarixindən artıq dünya mədəniyyətinin tərkibinə daxil edilib. Belə ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə həmin tarixdə Azərbaycan xalçası UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib. Ona görə də qərara alınıb ki, hər il 16 noyabr tarixi ölkədə Xalça Bayramı Günü kimi qeyd edilsin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR