Xaçmazda avtomobil yanıb

Xaçmazda avtomobil yanıb
# 11 yanvar 2016 07:20 (UTC +04:00)


Xaçmaz. Vəli Turan – APA. Xaçmaz rayonunda avtomobil yanıb.

APA-nın şimal bürosunun məlumatına görə, rayon sakini Piroğlanov Xəzər Şıxmurad oğluna məxsus “VAZ 21011” markalı avtomobilin mühərrik hissəsi alışıb. Yanğının söndürülməsi üçün Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını cəlb olunub. Yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR