Qubada aşkarlanan tarixi abidələrin araşdırmaya ehtiyacı var - VİDEO

Qubada aşkarlanan tarixi abidələrin araşdırmaya ehtiyacı var - <span style="color: red;">VİDEO
# 09 noyabr 2015 16:34 (UTC +04:00)

Quba. Vəli Turan – APA. Quba rayonunun Küpçal kəndi ərazisində aşkar edilən qəbirlər və ocaq yerlərinin araşdırılmasına ehtiyac var. Tapılan abidələrin eneolit dövrünə aid olduğu ehtimal olunur.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, iki il öncə Quba-Küpçal-Küsnət avtomobil yolunun genişləndirilməsi zamanı təsadüfən üzə çıxan bu abidələr bu vaxta qədər araşdırılmayıb. Bu səbəbdən abidələrin bir hissəsi məhv olub. Küpçal kənd tam orta məktəbinin direktoru, tarixçi Mömin Əliyevin sözlərinə görə, aşkarlanmış qəbir abidələrinin məhz eneolit dövrünə aid olduğunu deməyə əsas verən bir sıra özəlliklər var.

Eneolit dövrü eramızdan əvvəl VI-IV minillikləri əhatə edir. Bu dövrə həm də mis-daş dövrü deyilir. Tarixçi bildirib ki, aşkarlanan abidələr burada yaşayan tayfaların dulusçuluqla məşğul olduğunu deməyə əsas verir. Lakin abidəyə tam tarixi qiymət verilməsi üçün daha dərindən araşdırılmasına ehtiyac var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR