Azərbaycanda seçkiləri müşahidə edəcək MDB PA missiyasına 30-dək deputat və ekspert daxil olacaq

Azərbaycanda seçkiləri müşahidə edəcək MDB PA missiyasına 30-dək deputat və ekspert daxil olacaq
# 13 oktyabr 2015 10:25 (UTC +04:00)

Bu barədə APA-nın Moskva müxbirinə MDB Parlamentlərarası Assambleyasına üzv ölkələrin Demokratiya, parlamentarizm və vətəndaşların seçki hüququnun inkişafı monitorinqi Beynəlxalq İnstitutunun direktoru Andrey Baranov deyib.

O bildirib ki, seçkiləri müşahidə edəcək MDB PA missiyası hələ tam formalaşmayıb: "Ümumilikdə siyahıya Rusiya Dövlət Dumasının 30-dək deputatı və onlara yardım edəcək ekspertlər daxil ediləcək. Missiya üzvlərinin sayı 30-dan çox da ola bilər, az da olar bilər. Bu siyahı ayın sonunda bəlli olacaq".

A. Baranov MDB missiyasının seçkilərə 2-3 gün qalmış Azərbaycana səfər edəcəyini söyləyib.

Qeyd edək ki, Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək MDB Parlamentlərarası missiyasının rəhbəri Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyasından olan deputatı, MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə Komitəsinin sədri Leonid Slutski olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR