Səhiyyə Nazirliyi: Cəbhəyanı ərazilərə əlavə 6 səyyar həkim briqadaları göndərilib

Səhiyyə Nazirliyi: Cəbhəyanı ərazilərə əlavə 6 səyyar həkim briqadaları göndərilib
# 05 aprel 2016 09:58 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Səhiyyə naziri cəbhəyanı ərazilərə əlavə səyyar həkim briqadalarının göndərilməsi ilə bağlı göstəriş verib. Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, cəbhəyanı bölgələrdə əsgərlərə, mülki vətəndaşlara, yaralılara yardım göstərmək üçün ilkin olaraq 6 briqada əraziyə göndərilib. Həmin briqadalar vəziyyəti yerində araşdırmaq, bütün yaralılara yardım göstərmək, xəstələrə kömək etmək kimi xidmətlər göstərəcək. Bu səyyar həkim briqadaları bütün lazımi tibbi avadanlıq və dərman preparatları ilə təmin edilib.

Ehtiyac olduğu halda həmin briqadaların sayının artırılması da nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR