Bakıda "Opel" avtoqəza yerinə toplaşmış insanları vurub, 7 nəfər yaralanıb

Bakıda "Opel" avtoqəza yerinə toplaşmış insanları vurub, 7 nəfər yaralanıb
# 07 sentyabr 2016 04:43 (UTC +04:00)

Bakı. Fərahim Qasımov - APA. Bakıda iki yük və bir minik avtomobilinin toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib. APA-nın məlumatına görə, hadisə Bakı Dairəvi yolunun Yasamal rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.

Şəhər istiqamətində hərəkətdə olan qumla dolu "Mercedes" markalı yük maşını yol kənarında dayanan mişar daşı ilə yüklü "KamAZ"a arxadan çırpılıb. Qəza zamanı yük avtomobilinin kabinə hissəsi deformasiyaya uğrayıb. Sürücü sükan arxasında sıxılmış vəziyyətdə qalıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb edilib. Xilasedicilər xüsusi alətlərin köməyi ilə sürücünü avtomobildən çıxara biliblər.

Xilasetmə əməliyyatının sonunda dairəvi yolla yüksək sürətlə hərəkətdə olan "Opel" markalı avtomobilin sürücüsü idarəetməni itirərək əraziyə toplaşan 6 nəfəri vurub. Onlardan 1-i FHN-in əməkdaşı, 1-i isə polisdir. Yaralılar xəstəxanaya çatdırılıblar.

Xəstəxanadan verilən məlumata görə, yaralılar - 28 yaşlı Vüsal Şabanov (FHN-in əməkdaşı), 58 yaşlı Ramiz Şüvərxanov, 46 yaşlı Ziyəddin Yəhyayev və polis əməkdaşı Xətai Məmmədovun vəziyyəti qənaətbəxşdir. Daha iki yaralı isə ambulator müalicəyə buraxılıb.

Faktla əlaqədar araşdırmalara başlanılıb.

Qəzanın dəqiq səbəbi təyin olunan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR