Millət vəkili: "Maliyyə Bazarlarına Nəzarət Palatası ictimaiyyətə açıq olmalıdır"

Millət vəkili: "Maliyyə Bazarlarına Nəzarət Palatası ictimaiyyətə açıq olmalıdır"
# 04 mart 2016 10:33 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "Maliyyə Bazarlarına Nəzarət Palatası Mərkəzi Bankın kölgəsi olmayacaqsa və Mərkəzi Bank tərəfindən idarə olunmayacaqsa, bank sistemində müsbət dəyişiklər baş verəcək".

"APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Millət vəkili Qüdrət Həsənquliyev deyib.

Onun sözlərinə görə, iqtisadi islahatlar çərçivəsində Palatanın yaradılması uğurlu bir addımdır: "Maliyyə Bazarlarına Nəzarət Palatası ictimaiyyətə açıq olmalıdır ki, insanlar tərəfindən dəstək ala bilsinlər. Bu gün əhali banklara pul qoyub. Bəzi banklar müflis elan edilib, amma müflis bank kimi tanınmır. Bu proses bəzən uzun müddət tələb etdiyindən əmanətçilər əziyyət çəkir. Biz əmanətlərin tam sığortalanması ilə bağlı qanun qəbul etmişik. Hökumət nə qədər uğurlu qanun qəbul etsə də, insanlar inanmayacaqsa, vəziyyətdən çıxmaq çətin olacaq. Bu baxımdan yeni yaradılmış qurum qəbul etdiyi qərarlarla yanaşı, ictimaiyyətə açıq olmalıdır. Ümid edirəm ki, yeni yaradılmış qurumun rəhbərliyi ictimaiyyətə açıq olacaq və prezidentin etimadını doğrulda biləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR