İsa Həbibbəyli:“Məktəbəqədər təhsil haqqında qanun layihəsinin ilkin variantı hazırdır"

İsa Həbibbəyli:“Məktəbəqədər təhsil haqqında qanun layihəsinin ilkin variantı hazırdır"
# 08 sentyabr 2016 14:20 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “Məktəbəqədər təhsil haqqında qanun layihəsinin ilkin variantı müzakirəyə çıxarılmaq üçün hazırdır".

APA-nın məlumatına görə, bunu Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, AMEA-nın vitse-prezidenti İsa Həbbəyli deyib. O bildirib ki, bu ilin əvvəllərindən başlayaraq məktəbəqədər təhsil haqqında qanun layihəsi üzərində iş aparılır: “Biz məktəbəqədər təhsil haqqında qanun layihəsini hazırlamaq üçün dünyadakı model qanunları öyrənmişik, dünyanın bir çox ölkələrinin təcrübəsinə dair materialları əldə edib, onları yaradıcı şəkildə təhlil etmişik, o cümlədən Azərbaycan reallıqlarını diqqətlə öyrənirik. Artıq deyə bilərəm ki, məktəbəqədər təhsil haqqında qanun layihəsinin ilkin variantı formalaşıb. Bu yaxınlarda biz onu Milli Məclisin Elm və Təhsil Komitəsinin deputatları və uyğun işçi qrupunun üzvü olan mütəxəssislərlə bir yerdə müzakirəyə çıxaracağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR