Prokurorluq Qusarda yol qəzasında 10 nəfərin xəsarət alması barədə məlumatlara aydınlıq gətirib

Prokurorluq Qusarda yol qəzasında 10 nəfərin xəsarət alması barədə məlumatlara aydınlıq gətirib
# 14 yanvar 2016 13:50 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Qusar rayon Prokurorluğu rayonda 10 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasının baş verməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.

Rayon Prokurorluğundan APA-ya verilən məlumatda bildirilir ki, yanvarın 13-də Qusar rayonu ərazisində baş vermiş yol nəqliyyat hadisəsi zamanı guya 10 şəxsin bədən xəsarətləri alması barədə bəzi KİV-də informasiyalar yayılıb: “Həmin informasiyalar həqiqəti əks etdirmədiyindən tərəfimizdən təkzib olunur”.

Məlumatda qeyd olunur ki, yanvarın 13-də Qusar-Qalacıq yolunda “VAZ-21099” markalı, 10-KK-587 dövlət qeydiyyat nişanlı və “QAZ-32213” markalı, 38-AC-131 dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşması nəticəsində hər iki avtomobilə ziyan dəysə də, sürücü və sərnişinlərdən bədən xəsarətləri alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR