Səfir: “DESFA-nın özəlləşdirilməsi ilə bağlı danışıqların uğurla başa çatacağına ümid edirik”

Səfir: “DESFA-nın özəlləşdirilməsi ilə bağlı danışıqların uğurla başa çatacağına ümid edirik”
# 16 may 2016 05:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması regionun enerji təhlükəsizliyinin artırılmasına, o cümlədən həmin ölkələrin iqtisadiyyatının inkişafına zəmin yaradacaq. İqtisadi inkişaf ölkələrin ikitərəfli əlaqələrinin genişləndirilməsinə təkan verəcək”.

APA-Economics” xəbər verir ki, bunu Yunanıstan mətbuatına Azərbaycanın Afinadakı səfiri Rəhman Mustafayev deyib.

Səfir qeyd edib ki, SOCAR Yunanıstan ərazisində kəmərlərin və kompressor stansiyalarının tikintisində yunan şirkətlərlə sıx əməkdaşlıq edir: “Bağlanan müqavilələrin dəyəri 1,5 milyard avronu ötüb. Bu isə Yunanıstanın iqtisadiyyatına böyük təkan verəcək”, - deyə diplomat qeyd edib.


R. Mustafayev Yunanıstanın mili qazpaylayıcı operatoru olan DESFA-nın özəlləşdirilməsinə də toxunub. O bildirib ki, DESFA-nın özəlləşdirilməsinə dair məsələlər bu yaxınlarda Yunanıstanın baş nazirinin müavini C. Draqasakislə görüşdə müzakirə olunub. “Azərbaycan yalnız müstəqil və aktiv enerji siyasəti yürüdən ölkə deyil, eyni zamanda investisiya layihələrinin reallaşdırılması baxımından ciddi və etibarlı tərəfdaşdır. Biz bunu Rusiya, Monteneqro, Gürcüstan, İsveçrə, Ukrayna, Türkiyə, İran, Serbiya və sair ölkələrdə sübut etmişik. Yunanıstan tərəfinin də istəyi olarsa, biz bunu DESFA-nın özəlləşdirilməsi prosesində də nümayiş etdirə bilərik. Biz ümid edirik ki, Yunanıstan hökuməti mövqeyimizə hörmətlə yanaşaraq dəstəkləyəcək, bununla da illərlə sürən danışıqlar marafonu uğurla başa çatacaq. SOCAR, Yunanıstan hökuməti və bizim tərəfdaşımız olan İtaliyanın “Snam” şirkəti gələcək investisiyaların zəmanətidir”, - deyə səfir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR