Leyla Əliyeva müharibə və əmək əlilləri üçün pansionatın sakinləri ilə görüşüb

Leyla Əliyeva müharibə və əmək əlilləri üçün pansionatın sakinləri ilə görüşüb
# 19 yanvar 2016 18:55 (UTC +04:00)

Bakı-APA. Yanvarın 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionatda olub.

Heydər Əliyev Fondunun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Leyla Əliyeva pansionatın sakinləri ilə görüşüb, onlarla birlikdə nahar süfrəsi arxasında söhbət edib.

Leyla Əliyeva pansionat sakinlərinin öz həyatları barədə söhbətlərini dinləyib, onların qayğıları ilə maraqlanıb.

Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionat ötən əsrin 60-cı illərindən fəaliyyət göstərir. 1998-ci ildə Heydər Əliyev bu pansionatda olub, veteranlarla görüşüb. 2013-cü ildə pansionata yeni həyat verilib. Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə pansionatın yeni korpusunun açılışı olub. İndi burada 207 nəfər yaşayır. Onların rahatlığı üçün bütün lazımi şərait yaradılıb.

Leyla Əliyeva pansionatda yaradılan şəraitlə tanış olub, otaqları gəzib.

Pansionat sakinləri ilə görüşə yenə də gələcəyini deyən Leyla Əliyeva onlara cansaglığı və uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR