“Əlilliyi olan gənclərin cəmiyyətə inteqrasiyası” mövzusunda tədbir keçirilib

“Əlilliyi olan gənclərin cəmiyyətə inteqrasiyası” mövzusunda tədbir keçirilib
# 30 avqust 2016 12:49 (UTC +04:00)

Bakı - APA. “Beynəlxalq Gənclər Günü münasibəti ilə “Əlilliyi olan gənclərin cəmiyyətə inteqrasiyası” adlı tədbir keçirilib.

Tədbir Sabunçu rayonu 1 saylı Sağlamlıq İmkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzində Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi, “Gələcəyə Doğru Gənclərin İnkişafı” İctimai Birliyi tərəfindən təşkil olunub.

GİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 50-dən çox fiziki məhdudiyyətli gəncin iştirak etdiyi 3 hissəli tədbirdə iştirakçılar arasında “Breyn rinq”, şahmat və dama çempionatları keçirilib.

Tədbirin ikinci günü layihə iştirakçıları Respublika Stend Atıcılığı İdman Kompleksində təşkil olunmuş atıcılıq yarışlarında qüvvələrini sınayıblar.

Yarışlar zamanı iştirakçılar üçün “Səs Azərbaycan” şousunun iştirakçıları tərəfindən konsert proqramı da təşkil edilib. Tədbir ziyafətlə davam edib.

Daha sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Qaliblərə diplom və qiymətli hədiyyələr, bütün tədbir iştirakçılarına isə sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR