Ekologiya və təbii sərvətlər naziri Samuxda vətəndaşları qəbul edəcək

Ekologiya və təbii sərvətlər naziri Samuxda vətəndaşları qəbul edəcək
# 20 oktyabr 2015 08:12 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov oktyabrın 30-da Samux şəhərində Gəncə, Gədəbəy, Samux, Göygöl və Daşkəsən rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, Gəncə şəhəri 10 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi ilə əlaqə saxlaya bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR