Bakıda qadını şantaj etməklə ondan pul alan şəxs tutulub

Bakıda qadını şantaj etməklə ondan pul alan şəxs tutulub
# 18 aprel 2016 10:25 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda qadını şantaj etməklə ondan pul alan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 16-da Bakı şəhər sakini Ü.M (qadın) Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə müraciət edərək həmin gün Lökbatan qəsəbəsində Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Elşad Rüstəmovun onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 150 manat pulunu almasını bildirib.

Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Rüstəmov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR