Birkart Bank Olmayan Kredit Təşkilatı (BOKT) nizamnamə kapitalını 26 milyon 704,4 min manat azaldıb.
“APA-Economics” xəbər verir ki, Birkart BOKT iştirakçılarının Ümumi Yığıncağının 27.05.2024-cü il qərarına əsasən, nizamnamə kapitalının 83 719 980 manatdan 57 015 580 azaldıldığını elan edir.
Qeyd edilib ki, kreditorlar "Birkart Bank Olmayan Kredit Təşkilatı" MMC-yə qarşı olan tələblərini 1 ay ərzində ərzində Bakı şəhəri, AZ1014, Nəsimi rayonu, Füzuli 71 ünvanına ünvanlaya bilərlər.