Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edəcəklər
# 26 sentyabr 2015 08:11 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, sentyabrın 28-dən oktyabrın 2-dək Almaniyanın Oberammerqau şəhərində enerji təhlükəsizliyi sahəsində şəraitə strateji nəzarət kursu, 29-dan noyabrın 13-dək Almaniyanın Qarmiş-Partenkirxen şəhərində Ali Təhlükəsizlik Proqramı üzrə növbəti kurs, 30-dan oktyabrın 1-dək Helsinki şəhərində Əməliyyat İmkanları Konsepiyası Proqramının illik konfransı keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR