Bakıda azyaşlını avtomobil vurub

Bakıda azyaşlını avtomobil vurub
# 07 sentyabr 2016 09:46 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda azyaşlını maşın vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə sentyabrın 6-da saat 17 radələrində paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Naməlum sürücünün idarə etdiyi “Daewoo” markalı avtomobillə azyaşlı Milana Məhərrəmova vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR