Donbasda 7 Ukrayna hərbçisi həlak olub

Donbasda 7 Ukrayna hərbçisi həlak olub
# 19 iyul 2016 16:17 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Son sutka ərzində Donbasda baş verən atışmalarda 7 Ukrayna hərbçisi həlak olub, 14-ü yaralanıb.

APA-nın "112.ua" saytına istinadən verdiyi xəbərə görə, bunu Prezident Administrasiyasının antiterror əməliyyatı üzrə sözçüsü Andrey Lısenko açıqlayıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Viktor Mujenko Ukrayna hərbçilərinin öldürülməsinə adekvat reaksiya veriləcəyini bildirib.“Həyatını Ukrayna üçün qurban verən hər əsgərimiz üçün ürəyimiz ağrıyır. Reaksiya adekvat olacaq”, - deyə o, özünün "Facebook" səhifəsində yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR