Şirvanda iki avtomobil toqquşub, xəsarət alan var

Şirvanda iki avtomobil toqquşub, xəsarət alan var
# 26 yanvar 2016 14:11 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı - APA. Şirvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, şəhərin Heydər Əliyev prospektində baş vermiş qəza nəticəsində sürücü ağır yaralanıb.

Şirvan sakini, 1978-ci il təvəllüdlü Həsənov Rəşad Həsən oğlunun idarə etdiyi “Opel Astra” markalı avtomobil 1985-ci il təvəllüdlü Cəfərov Marif Mətləb oğlunun idarə etdiyi “Mercedes” markalı 90 HZ 794 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə “Opel”də sıxılıb qalan sürücü Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xüsusi avadanlığın köməyi ilə avtomobildən çıxarılaraq Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR