AFFA İcraiyyə Komitəsinin iclası keçirilib

AFFA İcraiyyə Komitəsinin iclası keçirilib
# 07 iyun 2016 10:33 (UTC +04:00)

Bakı – APA. Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin (İK) iclası keçirilib. Apasport.az saytının məlumatına görə, AFFA-nın baş katibi Elxan Məmmədovun da qatıldığı iclasda İK üzvlərindən Elmar Məmmədyarov, Mahir Məmmədov və Vaqif Sadıqov iştirak etməyib.

Toplantının əsas müzakirə mövzusu Topaz Premyer Liqasının 2016/2017 mövsümündə neçə komandanın iştirak edəcəyi ilə bağlı olub. 8 komanda – “Qarabağ”, “Qəbələ”, “İnter”, “Neftçi”, “Zirə”, AZAL, “Kəpəz” və “Sumqayıt”ın lisenziya şərtlərinə cavab verdiyini bildirən İK üzvləri iştirakçıların sayının hələ tam dəqiqləşmədiyini qeyd ediblər.

İK baş katibliyə tapşırıb ki, əlavə işlər görülsün. Bildirilib ki, FİFA bunu monitorinqə götürüb, hamı lisenziya şərtlərinə əməl etməlidi.

Əgər 8 komandadan başqa heç bir kluba lisenziya verilməsə, Topaz Premyer Liqasının növbəti mövsümü 4 dövrəli sistem üzrə keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR