Ağdamda məcburi köçkünün evi yanıb

Ağdamda məcburi köçkünün evi yanıb
# 02 may 2016 15:46 (UTC +04:00)

Ağdam. Ziya Əmirxanlı - APA. Ağdamın Quzanlı kəndində məcburi köçkünlər üçün salınmış “100 evlər” adlanan qəsəbədə yanğın baş verib.

APA-nın Qarabağ bürosunun məlumatına görə, Ağdamdan məcburi köçkün Yasin Nugay oğluna məxsus 77 nömrəli evin yanar konstruksiyaları və ev əşyalarının bir hissəsi yanıb. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının qonşu evlərə keçməsinin qarşısını alıblar.

Yanğının başvermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR