“Çemberlenə cavab” rok-qrupunun liderini qətlə yetirməkdə şübhəli sayılan şəxslər saxlanılıblar

 “Çemberlenə cavab” rok-qrupunun liderini qətlə yetirməkdə şübhəli sayılan şəxslər saxlanılıblar
# 14 avqust 2016 11:51 (UTC +04:00)

Bakı-APA. Rusiyada məhkəmə məşhur Bryansk rok-musiqiçisi Aleksandr Çijikovun qətlində şübhəli sayılan 2 nəfərin həbs edilməsi barədə qərar verib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, həmin şəxslər Lipetsk vilayətində saxlanıblar.

“Çemberlenə cavab” (Otvet Çemberlenu) rok-qrupunun lideri A. Çijikovun üzərində çoxlu sayda bıçaq yaraları olan cəsədi iyulun 28-də Bryanskın Lunaçarsk küçəsində evlərdən birinin yanında tapılıb. Faktla bağlı cinayət işi açılıb. Şənbə günü polis qətldə şübhəli sayılan 2 Lipetsk sakininin saxlanılması barədə məlumat yayıb. Onlar Bryanska gətiriliblər. Saxlanılanlar Lipetsk skinxed qrupunun üzvləridir və Bryanska skinxed həmkarları ilə görüşə gəliblərmiş. Onların izinə müşahidə kamerasındakı görüntülər sayəsində düşmək mümkün olub. Əməliyyatın gedişində Lipetskdə 10-dan çox insan saxlanılıb. Ancaq hüquq-mühafizə orqanları hələ bu informasiyanı təsdiq etmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR