ABŞ İraqa yardım üçün 2 milyard dollar toplamaq niyyətindədir

ABŞ İraqa yardım üçün 2 milyard dollar toplamaq niyyətindədir
# 19 iyul 2016 03:29 (UTC +04:00)

Bakı-APA. İyulun 20-də ABŞ-ın paytaxtı Vaşinqtonda İraq üzrə beynəlxalq konfrans keçiriləcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi bildirib.

“Ümid edirik ki, konfrans üzrə tərəfdaşlarımız Kanada, Yaponiya, Niderland və Küveytlə birgə İraq üçün 2 milyard dollar toplaya biləcəyik”, deyə Dövlət Departamentinin rəsmisi qeyd edib.

Onun sözlərinə görə, konfransda 24 ölkənin iştirakı gözlənilir. Toplanan vəsait ərazilərin minalardan təmizlənməsinə, şəhərlərdə infrastrukturun bərpasına, eləcə də əhaliyə humanitar yardımın çatdırılmasına yönələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR