Əhməd Davudoğlu: “Əsla geri addım atmayacağıq”

Əhməd Davudoğlu: “Əsla geri addım atmayacağıq”
# 18 fevral 2016 01:20 (UTC +04:00)

Bakı-APA. Türkiyənin baş nazir Əhməd Davudoğlu Ankarada baş vermiş terror aktı ilə bağlı bəyanat verib.

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, Əhməd Davudoğlu bildirib ki, Türkiyə terror təşkilatlarına qarşı aparılan mübarizədən geri addım atmayacaq.

"Ölkəmizi, əziz millətimizi və demokratiyamızı hədəfə alan bu mənfur hücumu həyata keçirənlər məqsədlərinə çatmayacaqlar. Bütün terror təşkilatlarına qarşı apardığımız mübarizədə əsla geri addım atmayacağıq. Türkiyə Cümhuriyyəti öz milli təhlükəsizliyini qoruyacaq, insani dəyərləri müdafiə etməyə davam edəcək. Millətimə səbir, təmkin və mətanət arzulayıram ", bəyanatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR