Qubada 23 yaşlı gənci elektrik cərəyanı vurub

Qubada 23 yaşlı gənci elektrik cərəyanı vurub
# 19 yanvar 2016 18:44 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Bu gün axşam saatlarında Quba rayonunun I Nügədi kəndində bədbəxt hadisə baş verib. APA -nın şimal bürosunun verdiyi məlumata görə, 1993-cü il təvəllüdlü kənd sakini Əliyev Mətin Malik oğlunu elektrik cərəyanı vurub. O, yaxınları tərəfindən Quba Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR