İnvestorlar dolları ən effektiv alət hesab edir

İnvestorlar dolları ən effektiv alət hesab edir
# 06 oktyabr 2016 08:23 (UTC +04:00)

Bakı - APA-Economics. İsveçrənin "Julius Baer Group Ltd." bankı investorları dollara yatırım etməyə çağırıb.

"APA-Economics" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bankın analitiki Devid Kol (David Kohl) növbəti ABŞ prezidentinin kimliyindən asılı olmayaraq dolların möhkəmlənəcəyini proqnozlaşdırıb: "Donald Tramp prezident olarsa, böyük ehtimalla, daxili bazarın qorunmasına hesablanan siyasətə üstünlük veriləcək ki, bu da dolların inkişaf etməkdə olan ölkələrin valyutasına qarşı möhkəmlənməsinə səbəb olacaq. Yox, əgər Hillari Klinton prezident seçilərsə, bu da dolları bahalaşdıracaq. Çünki o mövcud durumun qorunmasının tərəfdarıdır. Bu isə investorların dollara köklənməsinə səbəb olacaq. Başqa sözlə, növbəti prezidentin kimliyindən asılı olmayaraq, investorlara dollar almağı tövsiyə edirəm".

Qeyd edək ki, "Julius Baer Group Ltd." dünyanın ən dəqiq proqnoz verən bankı hesab olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR