Baş nazir: “2017-ci ildə Monteneqro NATO-nun üzvü olacaq”

Baş nazir: “2017-ci ildə Monteneqro NATO-nun üzvü olacaq”
# 17 mart 2016 00:38 (UTC +04:00)

Bakı-APA. 2017-ci ilin ortalarından gec olmayaraq Monteneqro NATO-nun tamhüquqlu üzvü olacaq.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bunu Monteneqronun baş naziri Milo Cukanoviç bəyan edib.

“Çernoqoriyanın qərarı Rusiyanın maraqlarına qarşı yönəlməyib. Lakin gələcəyə yolumuzu özümüz müəyyən etməliyik. Buna bizim tam hüququmuz var”, deyə M.Cukanoviç bildirib.

Bundan əvvəl Rusiyanın NATO-dakı daimi nümayəndəsi Aleksandr Qruşko Monteneqronun Şimali Atlantika Alyansına qəbulunu səhv addım kimi qiymətləndirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR