Dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub

Dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub
# 24 fevral 2016 11:21 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Valeh Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə V. Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Yasamal Rayon Polis İdarəsi (RPİ) 29-cu Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, 2014-cü ilin iyul ayından Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1962-ci il təvəllüdlü Valeh Məmmədov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR