Azərbaycanın dövlət başçısı Portuqaliyanın yeni seçilmiş prezidentini təbrik edib

Azərbaycanın dövlət başçısı Portuqaliyanın yeni seçilmiş prezidentini təbrik edib
# 18 fevral 2016 15:24 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Marselo Rebelo de Susanın Portuqaliya prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Rebelo de Susa, Portuqaliya Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə sizi təbrik edirəm. Ümidvaram ki, Azərbaycanla Portuqaliya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və genişlənməsi yolunda birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Portuqaliya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR