Gürcüstanda zəlzələ baş verib

Gürcüstanda zəlzələ baş verib
# 04 avqust 2016 18:07 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Gürcüstanın Dmanisi bölgəsində zəlzələ qeydə alınıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, zəlzələnin baş verməsi barədə İlya Dövlət Universitetinin Seysmoloji Monitorinq Mərkəzi məlumat verib.

Məlumatda qeyd olunub ki, zələlənin episentri Tiflisdən 61 km aralı, Dmanisinin qərbində yerləşən Söyüdlü kəndindən 4 km aralıda qeydə alınıb.

Zəlzələnin maqniturası 3.1 olub.

Qeyd edək ki, bu, azərbaycanlıların kompakt yaşadığı Söyüdlü kəndində son günlər qeydə alınmış 3-cü zəlzələdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR