Gənclər günü ilə bağlı Dilçilik İnstitutunda tədbir keçirilib

Gənclər günü ilə bağlı Dilçilik İnstitutunda tədbir keçirilib
# 02 fevral 2016 12:53 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. 2 fevral Gənclər günü münasibətilə AMEA Nəsimi adına Dilçilik İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) iclası keçirilib. İnstitutdan APA-ya verilən xəbərə görə, Dilçilik İnstitutun direktor vəzifəsini icra edən AMEA-nın müxbir üzvü, professor Möhsün Nağısoylu bildirib ki, Dilçilik İnstitutunun tarixində bir çox alimlər öz uğurlarını məhz gənclik illərində qazanıblar: “Akademik Ağamusa Axundov 24, Tofiq Hacıyev isə 26 yaşında namizədlik dissertasiyaları müdafiə ediblər. Bu iki alim institutun tarixində dərin izlər buraxıb”.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Cahid Kazımov qeyd edib ki, bu gün Azərbaycan gənclərinə diqqət böyükdür.

Gənc Alim və Mütəxəssislər Şurasını sədr müavini, dosent Təranə Şükürlü bildirib ki, gənclik millətin yaşaması, inkişafı üçün təməl daşdır.

Tədbirdə professor Sayalı Sadıqova, dosentlər Teyyub Quliyev, Elçin İsmayılov və institutun direktor müavini Baba Məhərrəmli tədbirdə çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR