Albaniyada NATO Parlament Assambleyasının yaz sessiyası keçiriləcək

Albaniyada NATO Parlament Assambleyasının yaz sessiyası keçiriləcək
# 14 may 2016 08:46 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Mayın 27-30-da Albaniyanın paytaxtı Tiranada NATO Parlament Assambleyasının yaz sessiyası keçiriləcək.

APA-nın qurumun saytına istinadən verdiyi xəbərə görə, yaz sessiyasına NATO-ya üzv ölkələr, habelə tərəfdaş və müşahidəçi ölkələrdən 260 parlamentar qatılacaq. Onlar beynəlxalq təhlükəsizlik məsələləri və assambleyanın komitələri tərəfindən hazırlanmış hesabatları müzakirə edəcəklər.

Mayın 28-29-da Siyasi, Müdafiə və Təhlükəsizlik; Elm və Texnologiya; Təhlükəsizlik və İqtisadiyyatın mülki istiqaməti və Təhlükəsizlik komitələrinin iclasları nəzərdə tutulub.

Ayın 30-da keçiriləcək plenar sessiyada isə NATO Parlament Assambleyasının prezidenti Maykl Törner, NATO baş katibinin müavini Aleksandr Verşbau, Albaniya parlamentinin spikeri İlir Meta və digərləri çıxış edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR