Müsavat Partiyasının Divanı İltizam Əkbərliyə töhmət elan edib

Müsavat Partiyasının Divanı İltizam Əkbərliyə töhmət elan edib
# 10 noyabr 2015 14:01 (UTC +04:00)

Bakı – APA. Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Müsavat Partiyasının seçkidən iştirakdan imtina haqqında 28 oktyabr 2015-ci il tarixli qərarına rəğmən seçkidə iştirakını davam etdirən 79 saylı İmişli seçki dairəsindən deputatlığa namizəd İltizam Əkbərlinin partiya intizamı məsələsinə baxılıb. Partiyadan xaric edilməsi və ona töhmət verilməsi təklifləri səsə qoyulub. Səs çoxluğu ilə İltizam Əkbərliyə töhmət verilməsi barədə qərar qəbul olunub.

Müsavat Partiyası hakimiyyəti ölkədə dini zəmində qarşıdurma yarada biləcək addımlardan çəkinməyə çağırıb.

Məlumatda deyilir ki, Divan son günlər İranın dövlət televiziyalarından birində soydaşlarımızın ünvanına səslənən təhqiramiz ifadələrdən sonra başlayan etiraz aksiyalarını dəstəkləyib, aksiya iştirakçılarına qarşı İran rejiminin törətdiyi zorakılıqları qətiyyətlə pisləyib: “Müsavat Partiyası Cənubi Azərbaycanın bir çox şəhərlərində baş tutan aksiyalarda həbs olunan vətənpərvər fəalların dərhal azadlığa buraxılmasını tələb edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR