Dünya bazarında qızıl 14 dollardan çox ucuzlaşıb

Dünya bazarında qızıl 14 dollardan çox ucuzlaşıb
# 12 fevral 2016 06:17 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 1,60% - 15 660,18 bəndədək, S&P 500 1,23% - 1 829,08 bəndədək azalıb, NASDAQ isə 0,39% - 4 266,84 bəndədək azalıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 2,39% - 5 536,97 bəndədək, Almaniya DAX-ı 2,93% - 8 752,87 bəndədək, Fransa CAC-40-ı 4,05% - 3 896,71 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 14,50 dollar azalaraq 1 233,30 dollara, gümüş isə 0,11 dollar artaraq 15,69 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR