Tehran regionda təhlükəsizlik məsələlərinə dair Moskva ilə məsləhətləşmələr aparır

Tehran regionda təhlükəsizlik məsələlərinə dair Moskva ilə məsləhətləşmələr aparır
# 17 fevral 2016 00:15 (UTC +04:00)

Bakı-APA. Tehran regionda təhlükəsizlik məsələləri ilə bağlı Moskva ilə məsləhətləşmələr aparır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İranın müdafiə naziri Hüsetn Dehqan “Rossiya 24” telekanalına müsahibəsində bildirib.

“Biz rusiyalı dostlarımızla regionda təhlükəsizlik məsələlərinə dair məsləhətləşmələr aparırıq. Mənim Moskvaya səfərim, həmçinin, bu məsələlərin müzakirəsinə də həsr olunub”, - deyə Dehqan bildirib.

Dehqan Rusiya aviasiyasının Suriyadakı əməliyyatlarının müsbət nəticələrə səbəb olduğunu qeyd edib.

“Bu əməliyyatlar regionda sabitliyi və təhlükəsizliyi, Suriyadakı legitim quruluşun dayanaqlığını təmin edir”, - deyə iranlı nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR