MM-in xüsusi sessiyasının ilk plenar iclasının vaxtı və gündəliyi məlum olub - YENİLƏNİB

MM-in xüsusi sessiyasının ilk plenar iclasının vaxtı və gündəliyi məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 08 iyun 2016 12:23 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin növbədənkənar xüsusi sessiyasının iyunun 14-də keçiriləcək plenar iclasının gündəliyi məlum olub.

Parlamentdən APA-ya verilən məlumata görə, gündəlikdə 28 məsələ var.

Azərbaycanın bir sıra ölkələrlə imzaladığı sazişlərin təsdiqi, "Kənd təsərrüfatı kooperasiyası haqqında" və "Elm haqqında" qanun layihələri, “Hərbi xidmət və hərbi vəzifə haqqında” qanuna magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququnun verilməsi nəzərdə tutan dəyişiklik, "Hərbi qulluqçuların statusu haqqında" qanuna dəyişiklik, Miqrasiya, Vergi, İnzibati Xətalar, Mülki Prosessual məcəllələrinə, o cümlədən bir sıra qanunlara dəyişikliklər gündəliyə daxil edilib.

***

saat 10.33

Bakı. Mübariz Aslanov - APA. Milli Məclisin (MM) növbədənkənar xüsusi sessiyasının ilk plenar iclasının vaxtı məlum olub.

MM-dən APA-ya verilən məlumata görə, iclas iyunun 14-də keçiriləcək.

İclasın gündəliyi hələlik müəyyənləşməyib.

Qeyd edək ki, MM-in yaz sessiyasından sonra növbədənkənar xüsusi sessiyası çağırılıb.

Bununla bağlı deputatların müraciəti əsasında qərar qəbul edilib. Növbədənkənar sessiya çərçivəsində bir sıra komitə iclasları ilə yanaşı, iki plenar iclas keçiriləcək.

Sessiyanın iyunda keçirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR