Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb
# 05 dekabr 2015 09:48 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, dekabrın 4-də saat 19 radələrində Sumqayıt şəhərinin Z.Tağıyev qəsəbəsində qəsəbə sakini Xəyyam Xasaylı idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Şəfiqə Quliyevanı vurub. Nəticədə Ş.Quliyeva hadisə yerində ölüb.

Sumqayıt şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR