Silahlı Qüvvələrin Hərbi Akademiyasının magistratura səviyyəsinə qəbul imtahanının I mərhələsi keçirilib

Silahlı Qüvvələrin Hərbi Akademiyasının magistratura səviyyəsinə qəbul imtahanının I mərhələsi keçirilib
# 16 dekabr 2015 11:39 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün Silahlı Qüvvələrinin Hərbi Akademiyasının magistratura səviyyəsinə qəbul imtahanının I mərhələsini keçirib. Bu barədə APA-ya TQDK-nın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, imtahan saat 10.00-da başlayıb və 2 saat 30 dəqiqə ərzində aparılıb.

Qeyd olunub ki, imtahan prosesi təlimata uyğun şəkildə keçirilib, namizədlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR