MN: Düşmən o qədər qorxu, səksəkə içərisindədir ki, hər tərəfdə gözünə Azərbaycan əsgəri görünür

MN: Düşmən o qədər qorxu, səksəkə içərisindədir ki, hər tərəfdə gözünə Azərbaycan əsgəri görünür
# 26 yanvar 2016 08:45 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Azərbaycan Müdafiə Nazirliyi cəbhədə bizə məxsus diversiya qrupunun qarşı tərəfə keçməyə cəhd etməsi barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatları təkzib edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatda qeyd olunur ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir fəaliyyət həyata keçirməyib: “Düşmən o qədər qorxu, səksəkə içərisindədir ki, hər tərəfdə gözünə Azərbaycan əsgəri görünür”.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti bu gün səhər saat 04.00 radələrində guya Azərbaycan diversiya qrupunun qarşı tərəfə keçməyə cəhd edib və cəhdin qarşısı alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR