Elçin Quliyev Füzuli və Beyləqan rayonlarının sakinlərini qəbul edib

Elçin Quliyev Füzuli və Beyləqan rayonlarının sakinlərini qəbul edib
# 15 oktyabr 2015 08:50 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev oktyabrın 14-də Horadiz Sərhəd Dəstəsində Füzuli və Beyləqan rayonlarının sakinlərini qəbul edib.

DSX-nin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, qəbul zamanı vətəndaşların DSX-də xidmətə qəbul, sosial müavinətlərin verilməsi, mənzil və torpaq sahələrinin sənəd­ləşdirilməsi, tibbi yardımın göstərilməsi, yaşadıqları sərhədyanı yaşa­yış məntəqələrində mövcud olan sosial-məişət problemlərinin həlli və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.

Qaldırılan məsələlər DSX-nin aidiyyəti struktur qurumlarının rəhbərlərinin iştirakı ilə araşdırılıb və konkret tapşırıqlar verilib. Əksər məsələlər yerindəcə həllini tapıb.

DSX-nin səlahiyyətlərinə aid olmayan müra­ciət­lər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və baxıl­ma­­sının təşkili üçün nəzarətə götürülüb.

Qəbula gələn vətəndaşlar regionlarda görüşlərin keçirilməsini, onların təklif, şikayət və rəylərinin öyrənilməsini, qanuni tələblərin yeri­nə yetirilməsini yüksək qiymətləndirərək mərkəzi icra hakimiyyəti orqan­ları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbu­lu­nun təşkilin­dən razılıqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR