Qubada 16 yaşlı qız intihara cəhd edib

Qubada 16 yaşlı qız intihara cəhd edib
# 09 mart 2016 18:26 (UTC +04:00)

Quba. Vəli Turan – APA. Bu gün Quba rayonunda intihara cəhd faktı qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dəvədabanı yaşayış massivində qeydə alınıb.

2000-ci il təvəllüdlü İsgəndərova Nərmin Vüqar qızı yaşadığı evin yaxınlığında özünü qayadan atıb. O, Quba Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, hazırda reanimasiyadadır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR