Xaçmazda qəza baş verib, 2 nəfər ölüb

Xaçmazda qəza baş verib, 2 nəfər ölüb
# 16 mart 2016 05:30 (UTC +04:00)

Bakı-APA. Bu gecə Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Quba-Xaçmaz magistral avtomobil yolunun 15-ci km-də Xaçmaz rayonu ərazisində “Mercedes” markalı minik avtomobilin qəzaya uğraması barədə məlumat daxil olub.

APA-nın FHN-nin saytına istinadən xəbərinə görə, dərhal nazirliyin Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1987-ci il təvəllüdlü Yusifov Yusif Rəsul oğlunun və 1985-ci il təvəllüdlü Babayev Rövşən İbrahim oğlunun cəsədlərini çıxararaq, aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 02:58-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR