C. Bayden: “ABŞ Krıma münasibətdə mövqeyini heç vaxt dəyişməyəcək”

C. Bayden: “ABŞ Krıma münasibətdə mövqeyini heç vaxt dəyişməyəcək”
# 08 dekabr 2015 12:31 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. “ABŞ Krıma münasibətdə mövqeyini heç vaxt dəyişməyəcək.”

APA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın vitse prezidenti Cozef Bayden Ukrayna Ali Radasındakı çıxışında bildirib.

C. Baydenin sözlərinə görə, Rusiya Ukrayna torpaqlarını işğal altında saxlayaraq beynəlxalq qaydaları pozmaqda davam edir.

“ABŞ Rusiya Federasiyasının Krımı ilhaq etmək cəhdlərini tanımayacaq”.

Bununla yanaşı, korrupsiyanın “uğurlu demokratiya” yolunda əsas maneə olduğunu deyən vitse prezident Ukraynada məhkəmə sahəsində islahatlar keçirilməsinin və bütün təbəqədən olan vətəndaşlar üçün vahid qaydaların tətbiq edilməsini vacibliyini vurğulayıb.

Çıxışı zamanı C. Bayden ABŞ-ın gələcəkdə Ukraynaya maliyyə yardımını artıracağına dair söz verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR