Nepalda yoxa çıxan təyyarə qəzaya uğrayıb, 23 nəfər ölüb - YENİLƏNİB

Nepalda yoxa çıxan təyyarə qəzaya uğrayıb, 23 nəfər ölüb - <span style="color: red;">YENİLƏNİB
# 24 fevral 2016 12:52 (UTC +04:00)

Bakı-APA. Nepalda yoxa çıxan təyyarənin qəzaya uğradığı məlum olub. APA-nın xəbərinə görə, dağlıq ərazidə itən təyyarənin qalıqları tapılıb.

Təyyarənin havaya qalxandan 18 dəqiqə sonra qəzaya uğradığı, içərisində olan 23 nəfərin hamısının öldüyü bildirilir. Onların hamısının meyiti yanaraq, kömürləşib. Ölənlərin 2 nəfərinin əcnəbi (Çin və Küveyt vətəndaşları), digərlərinin yerli sakinlər, 2-nin isə uşaq olduğu bildirilir. Təyyarədə olanların 20 nəfəri sərnişin, 3 nəfəri ekipaj üzvü olub.

***

10.16

Bakı - APA. Nepal dağlarında təyyarə yoxa çıxıb.

APA-nın "Sinxua" agentliyinə istinadən verdiyi məlumata görə, "Tara Airlines" aviaşirkətinə məxsus, Pokhardan Comsoma uçan təyyarə ilə əlaqə fevralın 24-də səhər saatlarında itib.

"Twin Otter" təyyarəsinin göyərtəsində 18 sərnişin, 3 ekipaj üzvü olub.

Yerli məmurların bildirdiyinə görə, təyyarənin pis hava şəraitində dağlarda qəzaya uğradığı ehtimal olunur.

Axtarışlara vertolyotlar cəlb olunsa da, hava şəraiti axtarış işlərini çətinləşdirir.

Pokhar-Comsom arasında məsafə 50 km-dir, qrafik üzrə uçuş 18 dəqiqə çəkir. Dağlıq ərazilərə səyahət edənlər Comcomdan yola salınır. İki aeroport arasında uçuş-enmə zolağı yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR