Azərbaycanda işçisinə qarşı seksual təzyiq göstərən vəzifəli şəxslər ilə bağlı ağır cəzalar müəyyənləşdirilir

Azərbaycanda işçisinə qarşı seksual təzyiq göstərən vəzifəli şəxslər ilə bağlı ağır cəzalar müəyyənləşdirilir
# 10 dekabr 2015 13:30 (UTC +04:00)

APA-nın məlumatına görə, yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsinin 205-ci maddəsinə görə, seksual qısnamaya görə işə götürəndən və ya rəhbərindən şikayət etmiş işçiyə qarşı təzyiqin göstərilməsinə və ya işçinin təqib olunmasına görə, vəzifəli şəxslər 1 500 manatdan 2 500 manata qədər cərimə tətbiq ediləcək.

Bununla bağlı hazırkı cərimələr 70 manatdan 90 manata qədərdir.

Azərbaycan Prezidenti tərəfindən təqdim olunan yeni Məcəllə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR