Sabah Bakı-Tiflis-Qars dəmir yolu layihəsi üzrə Koordinasiya Şurasının iclası keçiriləcək

Sabah Bakı-Tiflis-Qars dəmir yolu layihəsi üzrə Koordinasiya Şurasının iclası keçiriləcək
# 11 fevral 2016 19:17 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan paytaxtında Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu layihəsi üzrə üçtərəfli Koordinasiya Şurasının iclası keçiriləcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat naziri Dimitri Kumsişvili, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, Türkiyənin nəqliyyat, dəniz işləri üzrə naziri Binəli İldırım iştirak edəcək. İclasda hər üç nazirin məruzə ilə çıxış edəcəyi gözlənilir. Sonda Bakı-Tiflis-Qars dəmir yolu layihəsi üzrə üçtərəfli Koordinasiya Şurasının rəhbərləri protokol imzalayacaqlar.

Qeyd edək ki, bu gün (BTQ) dəmir yolu layihəsi üzrə üçtərəfli Koordinasiya Şurasının işçi qrupunun növbəti iclası keçirilib. Tədbirdə BTQ-nin tikintisi və problemlər, həmçinin gələcək perspektivlər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR