"Gilan Holdinq": Gənclərlə işləmək əsas hədəflərimizdəndir

"Gilan Holdinq": Gənclərlə işləmək əsas hədəflərimizdəndir
# 24 may 2016 09:55 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Azərbaycan Universitetində "Karyera Günü" sərgisi keçirilib.

"APA-Economics" xəbər verir ki, "Karyerada ilk addım" devizi ilə keçirilən sərgidə dövlət qurumları, holdinq, şirkət, bank, rabitə və s. qurumların insan resursları departamentinin nümayəndələri iştirak edib.

Sərgidə iştirak edən "Gilan Holdinq"in işə qəbul üzrə mütəxəssisi Vüsal Muradov bütün əmək yarmarkalarında, karyera sərgilərində iştirakda maraqlı olduqlarını bildirib və əlavə edib ki, gənclərlə işləmək şirkətin əsas hədəflərindəndir.

"Bizim şirkətdə universitetlərin yeni məzun olmuş gəncləri, universitetin sonuncu kursunda olan tələbələri üçün müxtəlif vakansiyalar və tələbələri maraqlandıracaq təcrübə proqramları var ki, daha sonra universiteti bitirəcək tələbələrin işə qəbul olarkən təcrübə problemləri olmasın. Ölkənin iri işəgötürən müəssisəsi olaraq hər zaman bu məsələdə gənclərə maksimum dəstək göstərməyə çalışırıq. Vakansiya sayına gəlincə, müvafiq departament və funksiyalar üzrə müəyyən təcrübə proqramlarımız mövcuddur. Bunların sayı 10-dan çoxdur", - deyə V. Muradov bildirib.

Şirkət rəsmisinin sözlərinə görə, bu gün maliyyə departamenti, insan resursları departamenti, hüquq, İT, audit, təchizat və ya digər departamentlərin demək olar ki hamısında ən azı 1-2 təcrübəçiyə ehtiyac var: "Təcrübəçilər işə götürüləndən sonra “Gilan Holdinq”in tərkibində olan müvafiq sahələr üzrə fəaliyyət göstərəcəklər". Təcrübə proqramını uğurla bitirənlərin "Gilan Holdinq"də tam ştatla işə alınma şansları çox yüksəkdir.

Şirkət rəsmisi, həmçinin "Gilan Holdinq"in tələbələrin iş axtararkən daha uğurlu olmaları üçün müvafiq seminarlar təşkil etdiyini də əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR