Abşeronda intihara cəhdin qarşısı alınıb

Abşeronda intihara cəhdin qarşısı alınıb
# 28 may 2016 11:39 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Abşeronda intihara cəhd hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Abşeron rayonu, Xırdalan şəhərində bir nəfərin intihar etmək məqsədi ilə tikilməkdə olan binanın 6-cı mərtəbəsinə çıxması barədə məlumat daxil olub.

Dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub, aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaş aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR