Cavid Qurbanov: "Gələn ilin sonunadək Bakı-Gəncə sürət qatarı açıla bilər"

Cavid Qurbanov: "Gələn ilin sonunadək Bakı-Gəncə sürət qatarı açıla bilər"
# 07 sentyabr 2016 12:03 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Azərbaycanın regionlarında da sürət qatarının hərəkət etməsi mümkündür".


"APA-Economics" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.

"Düzdür, sürət qatarı dedikdə 400-500 km/saat sürəti olan qatarı nəzərdə tutmuruq, amma 100, 120, 140, 150 km/saat sürətlə hərəkət edən qatar əldə edə bilərik. 1-2 ay yubanma ola bilər, amma çalışacağıq ki, gələn ilin sonunadək Bakı-Gəncə marşrutu üzrə sürət qatarı hərəkət etsin", - deyə C. Qurbanov qeyd edib.

C. Qurbanov əlavə edib ki, qatarda gediş haqqı 15 manat civarında ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR