Bakıda quldurluqda və şantajda təqsirləndirilən şəxslərə hökm oxunub - VİDEO

Bakıda quldurluqda və şantajda təqsirləndirilən şəxslərə hökm oxunub - <span style="color: red;">VİDEO
# 29 oktyabr 2015 10:16 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda və digər cinayətlərdə təqsirləndirilən Məmmədəli Hacıyev, Gülhüseyn Sadiqov və Əfsanə Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə M.Hacıyev 10 il 6 ay, G. Sadıqov 9 il 6 ay, Ə. Hüseynova isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Ə.Hüseynova əvvəlcədən qurulan plana əsasən metro stansiyalarında tanış olduğu oğlanlarla cinsi əlaqədə olmaq adı ilə onları Xəzər rayonunun Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində yaşadığı evə dəvət edib. Evə daxil olandan sonra isə qadının tanış olduğu oğlanlar M.Hacıyevin hücumuna məruz qalıb. M.Hacıyev evə gələn şəxslərə fiziki zor tətbiq edərək onların pulunu və mobil telefonlarını əllərindən alıb.

Onu da qeyd edək ki, M.Hacıyev kikboks idman növü ilə məşğul olub. O, zərərçəkənlərə zor tətbiq edən vaxt özünü olimpiya çempionu Elnur Məmmədli kimi təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR